...

Türkiyə Liviyadakı konsulluğunu bağladı

Siyasət Materials 20 May 2014 10:53 (UTC +04:00)
Türkiyə Liviyanın Benqazi şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb.
Türkiyə Liviyadakı konsulluğunu bağladı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Liviyanın Benqazi şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb son aylar Benqazi şəhərində yaranmış qeyri-sabit vəziyyətdir.

Məlumatda o da qeyd olunur ki, konsulluq öz işini yaxın həftələrdə bərpa edəcək.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı və Əlcəzairin Liviyadakı səfirlikləri də təhlükəsizlik məqsədi ilə müvəqqəti olaraq bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti