...

Türkiyə və Türkmənistanın XİN rəhbərləri Bakıda ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Siyasət Materials 26 May 2014 12:38 (UTC +04:00)
Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Rəşid Meredov bazar ertəsi Bakıda ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Türkiyə və Türkmənistanın XİN rəhbərləri Bakıda ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Rəşid Meredov bazar ertəsi Bakıda ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, iki ölkənin XİN rəhbərləri təkbətək görüşdə enerji sahəsində əməkdaşlıq, regional əməkdaşlıq, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə toxunublar.

İki ölkənin XİN rəhbərlərinin görüşü Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü çərçivəsində baş tutub.

Bakıdakı görüşlər zamanı üç ölkənin XİN rəhbərlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti