...

Rəşid Meredov: Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin danışıqlarının əsas mövzusu energetika məsələsi oldu

Siyasət Materials 26 May 2014 14:42 (UTC +04:00)
Azərbaycan, Türkmənistan və Türkiyə arasında əməkdaşlıq Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır.
Rəşid Meredov: Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin danışıqlarının əsas mövzusu energetika məsələsi oldu

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Türkmənistan və Türkiyə arasında əməkdaşlıq Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Trend-in məlumatına görə, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar yüksək səviyyədə keçib və tərəflər ikitərəfli və üçtərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər.

Üçtərəfli görüşdə gələcək əməkdaşlığın vacib məsələlərinə toxunulub.

Meredov qeyd edib ki, əsas diqqət enerji sahəsində əməkdaşlıq məsələlərinə ayrılıb.

Onun sözlərinə görə, danışıqların daha bir mövzusu regional təhlükəsizlik məsələləri olub.

Qeyd edək ki, bu, Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli formatda keçirilən ilk görüşüdür.

Artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti