Azərbaycan, Bakı, 30 may /Trend/
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Aşqabadda keçiriləcək. Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu MDB-nin icraçı katibi, İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, Türkəmənistanın təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2014-cü il noyabrın 21-də Aşqabadda keçirilməsi barədə qərar qəbul edilib.