...

Bülənt Arınç: Hakim partiya prezident seçkilərində namizədini müəyyən edib

Siyasət Materials 2 İyun 2014 10:32 (UTC +04:00)
Türkiyənin hakim partiyası prezident seçkilərində namizədini müəyyən edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib.
Bülənt Arınç: Hakim partiya prezident seçkilərində namizədini müəyyən edib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim partiyası prezident seçkilərində namizədini müəyyən edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib.

O, namizədin adını açıqlamasa da, partiyanın seçiminin aydın olduğunu qeyd edib.

Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin olunub.

Bundan əvvəl B.Arınç demişdi ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri namizədliyini irəli sürəcəyi halda Türkiyə Baş nazirinin dövlət başçısı vəzifəsinə seçilə biləcəyini deməyə əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti