...

Zakir Həsənov Brüsseldə ISAF müdafiə nazirlərinin iclasında iştirak edəcək

Siyasət Materials 3 İyun 2014 15:19 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçiriləcək iclasında iştirak edəcək.
Zakir Həsənov Brüsseldə ISAF müdafiə nazirlərinin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçiriləcək iclasında iştirak edəcək.

Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iyunun 2-də Z.Həsənov Belçikanın Mons şəhərində yerləşən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfər edib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı ali komandanı dörd ulduzlu general Filip Bridlav tərəfindən rəsmi mərasimlə (fəxri qarovul, himnlərin dinlənməsi və hərbi nümayəndələrlə salamlaşma) qarşılanıb və daha sonra keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Həmin gün müdafiə naziri NATO-nun Müfəssəl Böhranlar və Əməliyyatların İdarə Olunması Mərkəzinə baş çəkib və bu qərargahla tanış olub. Eyni zamanda, general-polkovnik Z.Həsənov NATO-nun Xüsusi Əməliyyatlar Qərargahına tanışlıq səfəri edib və ona Qərargahın rəisi vitse-admiral Pybus tərəfindən qısa brifinq verilib.

Müdafiə maziri NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfəri çərçivəsində, həmçinin NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinə baş çəkib.

İyunun 4-də Azərbaycan müdafiə nazirinin ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli görüşü olacaq və daha sonra Z.Həsənov ISAF-a töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçiriləcək iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti