Azərbaycan, Bakı, 10 iyun /Trend/
Dövlət Duması Rusiya ali məktəblərinin əcnəbi məzunları üçün Rusiya Federasiyası (RF) vətəndaşlığının alınması prosesini sadələşdirən vətəndaşlıq haqqında qanuna dəyişiklikləri ikinci əsas oxunuşda qəbul edib.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qanun layihəsi əcnəbi vətəndaşların ayrı-ayrı kateqoriyalarının və RF-də yaşayan vətəndaşlığı olmayan şəxslərin, 01.07.2002 tarixindən sonra Rusiyanın təhsil yönümlü təşkilatlarından diplom almış əcnəbi məzunların RF vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.
Bundan başqa, Rusiyada ən azı 3 il fəaliyyət göstərmiş (illik gəliri ən azı 10 milyon rubl olanlar) sahibkarlar da bu yolla vətəndaşlıq ala bilərlər.
Digər tərəfdən, Rusiyada ən azı 3 il işləmiş ixtisaslı mütəxəssislər də bu yolla RF pasportu ala bilərlər. Bunun üçün onlar xarici ölkə vətəndaşlığından imtina etməklə yanaşı, RF-nin Konstitisiyası və qanunvericiliyinə əməl edilməsi üzrə öhdəliklər götürməlidirlər.