...

Ranko Krivokapiç: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun nəticəsi olmasa da, fəal görünür

Siyasət Materials 28 İyun 2014 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir.

R. Krivokapiç deyib ki, ATƏT PA daxilində siyasi proseslər düzgün qurulmalıdır. Onun sözlərinə görə, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb.

R.Krivokapiç ATƏT PA-nın QHT-lərlə əməkdaşlığı genişləndirdiyini də qeyd edib.

Daha sonra Ranko Krivokapiç parlamentarların suallarını cavablandırıb.

Avropa Şurası, NATO Parlament Assambleyası, Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı sualı cavablandıran R.Krivokapiç seçki müşahidə missiyaları zamanı Avropa Şurası, Avropa Parlamenti ilə əməkdaşlıq edildiyini söyləyib.

O bildirib ki, onlar və bu qurumlar bir çox eyni qətnamələr qəbul edib. Rəhbərlik səviyyəsində görüşlər keçirilir.

R.Krivokapiç ATƏT Parlament Assambleyasının fəaliyyətində qətnamələrin icrasının da mühüm olduğunu vurğulayıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova R.Krivokapiçin bir illik rəhbərliyi dövründə ATƏT institutları arasında münasibətlərin normallaşması, qurumun regionda fəaliyyətinin artırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edib.

"Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareş Cənubi Qafqazda, problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT və Minsk qrupunun nəticəsi olmasa da, fəal görünür. Ancaq ATƏT PA-nın fəaliyyəti sönük görünür"

R.Krivokapiç ATƏT PA-nın rolunu artırmaq niyyətində olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti