Azərbaycan, Bakı, 28 iyun /Trend/
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun prezidentliyə namizədliyinə dair fikirayrılığı artır.
Trend-in "Haber 7"-yə istinadən verdiyi xəbərə görə, partiyanın tərəftarları olan Türkiyə ələviləri seçkilərdə Ekmələddin İhsanoğlunu dəstəkləməkdən imtina ediblər.
Telekanalın məlumatına görə, partiyanın yaxın günlərdə prezident postuna deputat Əminə Ülkər Tərxanın namizədliyini irəli sürəcəyi gözlənilir.
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə heç bir namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 7 deyil 5 illiyinə seçiləcək prezidenti 2014-cü ildən başlayaraq parlament yox xalq seçəcək.