...

Gürcüstanın Azərbaycandakı səfirliyi Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı kitabı açır

Siyasət Materials 8 İyul 2014 16:51 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfirliyi sabiq Prezident Eduard Şevardnadzenin vəfat ilə əlaqədar başsağlığı kitabı açır.
Gürcüstanın Azərbaycandakı səfirliyi Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı kitabı açır

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Səba Ağayeva/

Gürcüstanın Azərbaycandakı səfirliyi sabiq Prezident Eduard Şevardnadzenin vəfat ilə əlaqədar başsağlığı kitabı açır. Bu barədə Trend-ə diplomatik missiyadan bildiriblər.

Arzu edən hər kəs 10-11 iyul tarixlərində, saat 11:00-dan 13:00-dək və 15:00-dan 17:00-dək başsağlığını verə və kitabda qeyd edə bilər.

Qeyd edək ki, keçmiş SSRİ-nin sabiq xarici işlər naziri, Gürcüstanın sabiq Prezidenti E.Şevardnadze uzun sürən xəstəlikdən sonra iyulun 7-də Tbilisidə 86 yaşında vəfat edib.

E.Şevardnadze iyulun 13-də dəfn olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti