...

Moskva məhkəməsi Ukraynanın daxili işlər nazirini qiyabi həbs edib

Siyasət Materials 9 İyul 2014 15:36 (UTC +04:00)
Bu gün Moskvanın Basman rayon məhkəməsi Ukraynanın daxili işlər naziri Arsen Avakovu "respublikanın cənub-şərqində qadağan olunmuş vasitə və metodlar tətbiq etməklə hərbi əməliyyatlar" keçirməkdə günahlandıraraq qiyabi olaraq həbs edilməsinə icazə verib.
Moskva məhkəməsi Ukraynanın daxili işlər nazirini qiyabi həbs edib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bu gün Moskvanın Basman rayon məhkəməsi Ukraynanın daxili işlər naziri Arsen Avakovu "respublikanın cənub-şərqində qadağan olunmuş vasitə və metodlar tətbiq etməklə hərbi əməliyyatlar" keçirməkdə günahlandıraraq qiyabi olaraq həbs edilməsinə icazə verib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, məhkəmə istintaqın müvafiq xahişini təmin edib.

Bir müddət əvvəl rayon məhkəməsi "cinayət işinin digər iştirakçısı", beynəlxalq axtarışda olan ukraynalı qubernator və iş adamı İqor Kolomoyskinin qiyabi həbsinə icazə vermişdi.

RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin agentliyə bildirib ki, Ukrayna DİN-in rəhbəri A.Avakov və Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri İ.Kolomoyski barəsində beynəlxalq axtarış elan edilib.

Onun sözlərinə görə, İ.Kolomoyski və A.Avakov qətllər, qadağan olunmuş vasitə və metodlar tətbiq etməklə həbi əməliyyatlar keçirilməsi, jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi, adam oğurluğu kimi bir sıra cinayətlərin təşkilində ittiham olunurlar.

V.Markin əlavə edib ki, hazırda RİK müstəntiqləri Ukraynadan Rostov, Belqorod, Voronej, Bryansk, Kursk və digər vilayətlərə, eləcə də Krıma gələn şəxslərlə işləyirlər. Şahid qismində 3500-dən artıq adam dindirilib, 1747 nəfər ziyan çəkmiş tərəf hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti