...

Azərbaycanda dövlət sirri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qanun qüvvəyə minib

Siyasət Materials 12 İyul 2014 10:49 (UTC +04:00)
Azərbaycanda dövlət sirri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qanun qüvvəyə minib.
Azərbaycanda dövlət sirri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qanun qüvvəyə minib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda dövlət sirri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair qanun qüvvəyə minib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə" Qanun bu gündən qüvvəyə minir.

Qeyd edək ki, "Dövlət sirri haqqında" Qanuna əlavə edilən 21.5-1-ci maddəyə görə, vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycanın Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.

Bundan başqa, 21.6-cı maddəyə edilən köklü dəyişikliyə görə, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

Qeyd edək ki, "Dövlət sirri haqqında" qanunda dəyişikliklərin edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən bu il iyunun 20-də qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti