...

İlham Əliyev ABŞ Prezidentini təbrik edib

Siyasət Materials 3 Avqust 2014 11:52
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev ABŞ Prezidentini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: " Hörmətli cənab Prezident, Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyuruq. Bu gün qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal əməkdaşlığımız münasibətlərimizə strateji tərəfdaşlıq xarakteri vermişdir. Bu münasibətlərin davamlı və ardıcıl inkişafında Sizin xidmətləriniz böyükdür.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti