...

Əliməmməd Nuriyev: Qərbin və beynəlxalq təşkilatların ikili standartlar tətbiq etməsi məyusluq yaradır

Siyasət Materials 6 Avqust 2014 19:34 (UTC +04:00)
Açıq-aşkar görünür ki, beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirlər. Bu barədə Trend-ə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Əliməmməd Nuriyev: Qərbin və beynəlxalq təşkilatların ikili standartlar tətbiq etməsi məyusluq yaradır

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Açıq-aşkar görünür ki, beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirlər. Bu barədə Trend-ə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, hamı çox gözəl bilir ki, Qərbin bir sıra ölkələrində multikulturalizmdən imtina olunub: "Digər tərəfdən, Qərbin bir sıra ölkələrində islamafobiya baş alıb getməkdədir. O şəxs ki, İslam dininin daşıyıcısıdır, ona xüsusi yoxlamalar da var. Eyni zamanda, Qərb dövlətlərində İslam daşıyıcılarının telefon danışıqlarına qulaq asmaq var. Qəbr dövlətlərində ayrı-seçkilik hiss ediləcək dərəcədə mövcuddur, amma nədənsə beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələyə göz yumurlar".

Ə.Nuriyev əlavə edib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanda baş verən hadisələrə də Qərb dövlətləri nədənsə o dərəcədə reaksiya vermir: "Ermənistanda prezident seçkilərinə namizədlərin güllələnməsi, parlamentin gülləbaran edilməsi və kütləvi aksiyalara münasibətdə sərt hərəkətlərin edilməsi, hətta insan tələfatı... Ancaq Qərb dövlətləri və beynəlxalq təşkilatlar bunların üstündən keçdilər, bu məsələni epizodik olaraq qeyd etdilər".

Ə.Nuriyev bildirib ki, neçə illərdir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb. Bu insanların hüquq və azadlıqlarının müdafiəsi, fundamental hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların genişmiqyaslı rəyi varmı? Son illərdə ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında bununla bağlı hər hansı bir qeydə rast gəlinmir".

Onun sözlərinə görə, sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür: "Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz. Qərbin və beynəlxalq təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, dünya budur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti