...

ABŞ-ın Azərbaycandakı səfirliyi "Əsrin müqaviləsi"nin 20 illiyini dəyərləndirib

Siyasət Materials 20 Sentyabr 2014 10:47 (UTC +04:00)
"Azərbaycanın qlobal sərmayələrə açıq olma seçimi yalnız iqtisadi qərar deyildi və bu, dövlət tərəfindən Azərbaycanın öz insanlarının maraqları naminə fəaliyyət göstərmək və özünü dünyadan təcrid etməmək niyyətini göstərən ismarıc idi".
ABŞ-ın Azərbaycandakı səfirliyi "Əsrin müqaviləsi"nin 20 illiyini dəyərləndirib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Azərbaycanın qlobal sərmayələrə açıq olma seçimi yalnız iqtisadi qərar deyildi və bu, dövlət tərəfindən Azərbaycanın öz insanlarının maraqları naminə fəaliyyət göstərmək və özünü dünyadan təcrid etməmək niyyətini göstərən ismarıc idi". Trend-in ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, bunu səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə təbrikində bildirib.

D.Hoqan qeyd edib: "Əsrin müqaviləsi"nin 20-ci ildönümünü qeyd etdiyimiz vaxtda mən Azərbaycanı müstəqil bir dövlət kimi inkişaf yolunu seçdiyinə görə təbrik etmək istəyirəm. Birləşmiş Ştatlar və Azərbaycan arasında olan iqtisadi əməkdaşlıq digər sahələrdə də güclü tərəfdaşlığa çevrilmişdir. Biz bu tərəfdaşlığı dəyərləndiririk və onun gələcəkdə də inkişaf etməsinə ümid bəsləyirik".

Onun sözlərinə görə, xarici sərmayələr Azərbaycana iqtisadi inkişaf gətirib və Azərbaycanın bir güclü dövlət kimi parlaq gələcəyinə təminat verib: "Səmimi arzu edirəm ki, gələcək 20 il ərzində bizim dövlətlərimiz arasında Azərbaycan xalqının layiq olduğu parlaq gələcək naminə əməkdaşlıq inkişaf edəcək".

D.Hoqan qeyd edib ki, 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olan Azərbaycan insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti