...

Nikolay Bordyuja: NATO-nun Ukraynadakı təlimləri vəziyyəti gərginləşdirir

Siyasət Materials 22 Sentyabr 2014 17:31 (UTC +04:00)
NATO ölkələrinin Ukrayna ərazisində təlimlər keçirməsi yalnız vəziyyətin gərginləşməsinə xidmət edir.
Nikolay Bordyuja: NATO-nun Ukraynadakı təlimləri vəziyyəti gərginləşdirir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

NATO ölkələrinin Ukrayna ərazisində təlimlər keçirməsi yalnız vəziyyətin gərginləşməsinə xidmət edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyib.

Onun sözlərinə görə, vətəndaş müharibəsi vəziyyətində olan ölkədə hərbi təlimlər keçirmək həmin dövləti və ya münaqişə tərəflərindən birini aktiv fəaliyyətə sövq etməkdən başqa bir şey deyil.

Qeyd edək ki, 1 həftə əvvəl Lvovda start götürmüş "Rapid Trident - 2014" adlı beynəlxalq təlimlərdə 15 ölkədən hərbçilər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti