...

Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin layihəsinə baxır

Siyasət Materials 2 Oktyabr 2014 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Ermənistan hökuməti cümə axşamı kabinet üzrlərinin bəyənməsi üçün təqdim edilmiş ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair müqavilənin layihəsinə baxır. Trend xəbər verir ki, bu barədə "Novosti-Armeniya" yazır.

Məsələ artıq oktyabrın 2-də keçiriləcək hökumətin iclasının gündəliyinə daxil edilib.

Sentyabrın 26-da Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilənin layihəsini açıqlayıb. Müqavilənin oktyabrın 10-da Minskdə Aİİ iştirakçısı olan ölkələrin liderlərinin danışıqlarının nəticəsinə görə imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti