...

Putin MDB liderlərini Moskvaya dəvət edib

Siyasət Materials 10 Oktyabr 2014 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək təntənəli bayram tədbirlərinə dəvət edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

V.Putin bu gün Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib: "Ümumi borcumuz bu əlamətdar yubileyi birlikdə layiqli şəkildə qeyd etməkdir. Fürsətdən istifadə edib, Sizi, hörmətli həmkarlarımı 2015-ci ilin mayında təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti