...

Avstriya Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 16 Oktyabr 2014 10:28 (UTC +04:00)
Avstriya Azərbaycana yeni səfir təyin edib.
Avstriya Azərbaycana yeni səfir təyin edib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avstriya Azərbaycana yeni səfir təyin edib.

Avstriyanın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib ki, bu vəzifəyə Mag. Aksel Vex təyin olunub.

Aksel Vex Azərbaycanda diplomatik fəaliyyətinə bu il dekabrın 1-dən başlayacaq.

Avstriyanın Azərbaycandakı yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Aksel Vex 1992-ci ildə Qrats Universitetində hüquq üzrə ali təhsil, Mag.iur. elmi dərəcəsini alıb.1998-1999-cu illərdə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. O,1999-2000-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, Avstriyanın Yeni Dehlidəki və Braziliyadakı səfirliklərində fəaliyyət göstərib. 2005-cı ildə Şri Lankada sunami ilə bağlı yardım əməliyyatına rəhbərlik edib.

Azərbaycana təyin olunmamışdan öncə - 2010-cu ilin dekabrından isə Avstriyanın İslamabaddakı səfiri kimi fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti