...

Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 16 Oktyabr 2014 18:27 (UTC +04:00)
Oktyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub.
Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 16-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyevaya məlumat verən gənclər və idman naziri Azad Rəhimov və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq bildirdilər ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırıldı ki, burada işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.

Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış oldu, yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır.

Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirildi. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olundu. Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti