Prezident İlham Əliyev: Humanitar əməkdaşlıq Azərbaycan-Tacikistan münasibətlərinin əsasını təşkil edir

Prezident İlham Əliyev: Humanitar əməkdaşlıq Azərbaycan-Tacikistan münasibətlərinin əsasını təşkil edir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycan və Tacikistanın əməkdaşlığı iki ölkə xalqlarının ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 16-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildrib: "Mənim rəsmi səfərim sona yaxınlaşır. Hörmətli Emoməli Şərifoviç, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Sizin gözəl torpağınıza qədəm qoyduğumuz ilk andan biz özümüzü evimizdə olduğu kimi hiss edirik. Bugünkü gün çox zəngin və məhsuldar oldu. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə birlikdə münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Ətrafımızda baş verən hadisələri çox obyektiv təhlil etdik, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair olduqca səmimi fikir mübadiləsi apardıq. İşimizin başlıca nəticəsi ondan ibarətdir ki, biz münasibətlərimizin konkret inkişaf yollarını müəyyən etdik".

Azərbaycan Prezidenti qeyd edib ki, iki ölkənin çox gözəl siyasi münasibətləri var, beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bütün prinsipial məsələlərdə bir-birini dəstəkləyir: "Bununla bərabər, əlbəttə, iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək. Bizim əməkdaşlığımız xalqlarımızın ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Bu gün bizim ölkələrimiz iki müstəqil dövlətdir, beynəlxalq birliyin fəal üzvləridir, öz müstəqil siyasəti, xarici siyasəti olan, regional təhlükəsizliyin möhkəmlənməsi üçün fəal iş aparan ölkələrdir. Düşünürəm ki, Mərkəzi Asiya, Xəzər, Qafqaz regionları arasında əməkdaşlıq da çox cəhətdən bizim ölkələrin qarşılıqlı fəaliyyətindən, səylərimizin sıx əlaqələndirilməsindən asılı olacaq. Çünki bizim hamımızın bir məqsədi var - insanlarımızın, vətəndaşlarımızın həyatını daha da yaxşılaşdırmaq, ölkələrimizin müstəqilliyini, beynəlxalq mövqelərini möhkəmləndirmək. Biz beynəlxalq həyatın mühüm məsələlərini çox səmimi şəraitdə müzakirə etdik, baxışlarımız üst-üstə düşür. Biz konstruktiv əməkdaşlığa istiqamətlənmişik. Biz əməkdaşlıq, dialoq, qarşılıqlı kömək yolu ilə daha çox nailiyyətlər qazana bilərik. İkitərəfli münasibətlərimizdə həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, yeni layihələrə qoşulmaq, müxtəlif sahələrdə səylərimizi, potensialımızı birləşdirmək istəyi var".

İlham Əliyevin sözlərinə görə, humanitar əməkdaşlıq Azərbaycan-Tacikistan münasibətlərinin əsasını təşkil edir: "Mən bu gün Tacikistan Milli Universitetində tələbələrə, professor-müəllim heyətinə müraciət edəndə də humanitar əməkdaşlığın vacib olmasından danışdım. Bizim bu istiqamətdə böyük potensialımız var. Eyni zamanda, biz çalışırıq ki, ölkələrimizin gənc nəsli də bizim kimi möhkəm dostluq etsin. Əminəm ki, nümayəndə heyətinin üzvləri və nazirlər də prezidentlərdən, bizim bir-birimizə münasibətimizdən, bir-birimizə hörmətimiz və dostluğumuzdan nümunə götürəcəklər. Emoməli Şərifoviç ilə bütün beynəlxalq tədbirlərdə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il bir neçə dəfə görüşmüşük. Hər dəfə görüşəndə həmişə bir-birimizə qardaşlar kimi müraciət edirik. Bu isə münasibətlərimizə, həmçinin öz iş yerində - istər hökumətdə, istər parlamentdə, istərsə də ictimai strukturlarda mühüm məsələləri həll edənlərin hamısına çox yaxşı impuls verir.

Mən səfərin nəticələrindən çox məmnunam. İmzalanmış Bəyannamə münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək çox mühüm siyasi sənəddir. Başqa sənədlər də çox vacibdir. Biz gələcəyə nikbin baxırıq.

Hörmətli Prezident Emoməli Şərifoviç, fürsətdən istifadə edərək, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim".

Ziyafətdə çıxış edən Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon qeyd edib ki, ölkəsinin konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır:

"Mənim dostum, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycanın nüfuzlu nümayəndə heyətini bir daha salamlamaqdan çox məmnunam.
Hörmətli İlham Heydər oğlunun səfəri çərçivəsində biz məzmunlu və konstruktiv söhbət etdik. Bu söhbətin gedişində qarşılıqlı əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq yollarını araşdırdıq. Azərbaycan Respublikası bizim dövlətimizin beynəlxalq əlaqələrinin strukturunda mühüm yer tutur. Ölkələrimizin beynəlxalq və regional xarakterli bir sıra məsələlərə dair mövqelərinin üst-üstə düşməsi, beynəlxalq və regional təşkilatlarda həm Azərbaycanın, həm də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır".

E.Rəhmon bildirib ki, Tacikistan-Azərbaycan münasibətlərinin ən yeni tarixi ölkələrimizin seçdiyi, xoş niyyətlərə və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət xəttinin düzgün olmasını sübut edib: "Bu gün biz bir sıra mühüm sənədlər imzalamaqla mövcud müqavilə-hüquq bazasını möhkəmlətdik və beləliklə, daha sıx əməkdaşlıq əzmində və qətiyyətində olduğumuzu bir daha ifadə etdik. Mən, həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, biz öz mədəni-tarixi köklərimizə söykənməklə, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə nəzərdə tutulan hədəflərə, qarşılıqlı faydalı əməkdaşlığa nail ola biləcəyik"

Zəngilandakı faydalı qazıntı yataqlarını işğalçılar vəhşicəsinə istismar edib - Nazir müavini
Zəngilandakı faydalı qazıntı yataqlarını işğalçılar vəhşicəsinə istismar edib - Nazir müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Loading Bars
Xəbər lenti
Zəngilandakı faydalı qazıntı yataqlarını işğalçılar vəhşicəsinə istismar edib - Nazir müavini
Ermənistanda kürd əsilli muzdlu dəstələr bizə təlim keçirdilər - Erməni əsirlər danışır (FOTO/VİDEO)
Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir - İcra hakimiyyəti
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Paşinyan hərbi cinayətlərə görə şəxsən məsuliyyət daşıyır - Politoloq
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir
Sabah 25 dərəcəyədək isti olacaq
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub (FOTO)
Amerikalı kosmonavt kosmosda səs verib
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Bütün xəbərlər