...

Azad Rəhimov Pan Gi Munla görüşdü

Siyasət Materials 27 Oktyabr 2014 17:54 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşüb.
Azad Rəhimov Pan Gi Munla görüşdü

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı oktyabrın 28-30-da Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilib, Forumun keçirilməsində göstərdiyi dəstəyə görə nazir baş katibə təşəkkürünü bildirib. A.Rəhimov görüşdə ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.

Gənclər və idman naziri, eyni zamanda, Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və bu yarışlara hazırlıq haqqında məlumat verib, Oyunların Avropa qitəsində ilk dəfə keçirilməsinin mahiyyətini və əhəmiyyətini vurğulayıb.

BMT-nin baş katibi P.G.Mun ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlərə yüksək qiymət verib, həyata keçirilən uğurlu siyasətin ölkəmizin inkişafına yönəldiyini vurğulayıb. Ölkəmizin uğurlu geostrateji məkanda yerləşməsini və regionda tutduğu və oynadığı mühüm rolu vurğulayan baş katib ölkəmizdə bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirib.

Sonda baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə oz salamlarının çatdırılmasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti