Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Böyük Britaniya hesab edir ki, daha əvvəl imzalanmış Ermənistan-Türkiyə protokolları həyata keçirilməlidir. Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, bunu Yerevanda Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton deyib.
Onun sözlərinə görə, protokollar irəliyə doğru hərəkət etməyə imkan verir: "London Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır.
D.Lidinqton Ermənistan xarici işlər nazirinin Türkiyə Prezidentinin andiçmə mərasimində iştirakını müsbət qiymətləndirib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkənin əlaqələrinin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkələrin parlamentlərində ratifikasiya olunmadı.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildən dayandırılıb.