...

YAP: Bələdiyyə seçkilərində 12 921 nəfər namizədlik statusu alıb

Siyasət Materials 17 Noyabr 2014 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinə namizədlərinin 12 921 nəfəri artıq namizədlik statusu alıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hazırda imzatoplama kampaniyası davam edir: "Təxminən 14 861 nəfərdən 12 921-i namizədlik statusu alıb. Qalan namizədlər də işlərini davam etdirir".

O, qeyd edib ki, YAP-ın namizədlərinin 37 faizə qədərini yeni namizədlər, yəni müxtəlif seçkilərdə fəal iştirak etmiş gənclər, qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti