...

Azərbaycan və İran sənaye və mədən işlərində təhlükəsizliyi müzakirə ediblər (FOTO)

Siyasət Materials 27 Noyabr 2014 16:33 (UTC +04:00)
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İran sənaye və mədən işlərində təhlükəsizliyi müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, K.Heydərov görüşdə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

Nazir qeyd edib ki, FHN-in nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də çox faydalı olub.

İranın sənaye, mədən və ticarət naziri M.R.Nemətzadə səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu deyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti