...

Rusiya və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcəklər

Siyasət Materials 1 Dekabr 2014 15:09 (UTC +04:00)
Rusiyanın Xəzər donanmasına daxil olan "Buyan" və "Buyan-M" layihəli kiçik raket gəmiləri beynəlxalq təlimlərdə ilk dəfə nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
Rusiya və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcəklər

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Rusiyanın Xəzər donanmasına daxil olan "Buyan" və "Buyan-M" layihəli kiçik raket gəmiləri beynəlxalq təlimlərdə ilk dəfə nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Cənubi Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Xəzəryanı dövlətlər hərbi dəniz təlimləri keçirəcəklər. Xəzər dənizində keçiriləcək təlimlər üçtərəfli (Rusiya-Azərbaycan-Qazaxıstan) və ikitərəfli (Rusiya-Azərbaycan) olacaq".

Rusiya təlimlərdə kiçik raket və artilleriya gəmiləri olan "Qrad Sviyajsk", "Uqliç" ("Buyan-M" layihəsi), "Velikiy Ustyuq", "Mahaçqala" və "Volqodonsk"la ("Buyan" layihəsi) təmsil olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti