Azərbaycan, Bakı, 22 dekabr /Trend/
Türkiyə əcnəbilərin ölkədə qalması proseduruna dəyişiklik edib. Bu barədə Trend Türkiyənin Azərbaycandakı səfirliyinin saytına istinadən məlumat verir.
Məlumata əsasən, 2015-ci il yanvarın 1-dən Türkiyəyə səfər edən əcnəbi vətəndaşların vizasının müddətinin və ya qalma müddətinin bitməsindən etibarən pasport və ya pasport əvəzinə istifadə edilə biləcək sənədin etibarlılıq müddəti ən azı 60 gün olmalıdır.