...

DİN: İstanbulda partlayış törədən terrorçu-intiharçı Rusiya vətəndaşı olub (ƏLAVƏ)

Siyasət Materials 8 Yanvar 2015 13:18 (UTC +04:00)
İstanbulda partlayış törədən terrorçu-intiharçının Rusiya vətəndaşı Riana Razanova olduğu məlum olub.
DİN: İstanbulda partlayış törədən terrorçu-intiharçı Rusiya vətəndaşı olub (ƏLAVƏ)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda partlayış törədən terrorçu-intiharçının Rusiya vətəndaşı Riana Razanova olduğu məlum olub. Bu barədə cümə axşamı Trend Türkiyə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bir qədər əvvəl xəbər verilmişdi ki, İstanbulda polis bölməsinin girişində terror aktı törədən intiharçı bölməyə gəldiyi taksidə özünü rus kimi qələmə verib.

Telekanalın məlumatına görə, terrorçu taksi sürücüsü ilə söhbətində hamilə olduğunu deyib. O, danışığında rus sözlərindən istifadə edib.

Yanvarın 6-da İstanbulun tarixi Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb. Hadisə nəticəsində qadın özü və bir polis ölüb, daha bir polis əməkdaşı isə xəsarət alıb.

Əvvəlcə meydana gələn terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsın olduğu bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti