...

Əli Həsənovun iştirakı ilə iqtidar-müxalifət dialoqu keçirilir

Siyasət Materials 12 Fevral 2015 11:10 (UTC +04:00)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında iqtidar-müxalifət dialoqu keçirilir.
Əli Həsənovun iştirakı ilə iqtidar-müxalifət dialoqu keçirilir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında iqtidar-müxalifət dialoqu keçirilir.

Trend-in məlumatına görə, dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti