...

Əli Həsənov: Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər (FOTO)

Siyasət Materials 12 Fevral 2015 11:49 (UTC +04:00)
Bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır. İki ay bundan əvvəl siyasi partiyalarla ilk görüşümüzü keçirdik
Əli Həsənov: Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır. İki ay bundan əvvəl biz siyasi partiyalarla ilk görüşümüzü keçirdik və gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqunda deyib.

Ə.Həsənov qeyd edib ki, hal-hazırda hakimiyyətlə ona müxalif mövqedə olan siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər: "Çünki bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bugünkü və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir. Mən əminəm ki, burada siyasi partiya sədrləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz görüşdən-görüşə o məsələləri müzakirə edib, bəlli bir fikrə gələcəyik".

Qeyd edək ki, dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

Siyasi partiyalardan isə dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti