...

Azərbaycanla Avstriya hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Siyasət Materials 18 Fevral 2015 15:55 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib.
Azərbaycanla Avstriya hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Zakir Həsənov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Avstriya Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti