...

Rəsmi Bakı Ermənistan və ABŞ-ın erməni diasporunun yalanlarını ifşa etdi

Siyasət Materials 19 Fevral 2015 10:18 (UTC +04:00)
Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub.
Rəsmi Bakı Ermənistan və ABŞ-ın erməni diasporunun yalanlarını ifşa etdi

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Səba Ağayeva/

Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ-ın erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "hökuməti"nin facebook səhifəsinə verilmiş "verified" statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti