Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
Bəzi kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumatlar yayılıb. Bununla bağlı Milli Təhlüksəzilik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Trend-in sorğusuna cavab verilib.
Bildirilib ki, bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonda əməliyyat keçirilməsi barədə yayılan məlumatlar səhvdir: "Tərəfimizdən Tərtər rayonunda əməliyyat keçirilməyib. Qeyd etdiyiniz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır".