...

NATO rəsmisi Azərbaycanın quruma üzv olması perspektivini dəyərləndirdi

Siyasət Materials 19 Mart 2015 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Anaxanım Hidayətova/

"NATO münaqişələrin sülh yolu həlli istiqamətində ATƏT kimi digər beynəlxalq təşkilatların fəaliyyətini dəstəkləyir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında NATO-nun Cənubi Qafqaz üzrə rezident zabiti Vilyam Lahue deyib.

Onun sözlərinə görə, NATO ilk növbədə üzv ölkələrin təhlükəsizliyini təmin edir. O qeyd edib ki, alyans münaqişələrin sülh yolu ilə həlli işinə birbaşa cəlb olunmayıb: "NATO bütün ölkələrdə, xüsusilə qonşu ölkələrdə stabilliyin olmasında maraqlıdır. Ona görə də biz Azərbaycan kimi tərəfdaşlarla sıx əməkdaşlıq qururuq. Azərbaycanla əməkdaşlığın məqsədi həm də stabillik və təhlükəsizliyin təmin olunmasına yönəlib. Bizim digər əməkdaşlıq edə biləcəyimiz sahələrdə yaxınlaşma prosesi davam edir. Azərbaycan alyansın müxtəlif təşəbbüslərinin aktiv iştirakçısıdır".

Azərbaycanın NATO-ya daxil olması perspektivi ilə bağlı suala cavab verən V. Lahue bunun Azərbaycanın suveren qərarı olduğunu deyib: "Bu gün Azərbaycan tam şəkildə tərəfdaş ölkə kimi NATO-ya inteqrasiya edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti