...

Rusiya Ermənistandan icazə almalıdırmı?

Siyasət Materials 1 Aprel 2015 11:19 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Bu gün Ermənistanda ən populyar mövzu Rusiyanın Azərbaycana silah satmasıdır. Bu, Ermənistan hakimiyyəti üçün çox həssas məsələdir. Bir tərəfdən onları Ermənistanı dəfələrlə geridə qoyan hərbi güc narahat edir, digər tərəfdən isə Rusiyaya təzyiq edə bilmirlər, çünki bütünlüklə Rusiyadan asılıdırlar.

Rusiya silahının Azərbaycana satışı ilə bağlı Ermənistan rəhbərliyində bu və ya digər ölçüdə hər kəs danışır. Baş nazirin müavini Vaçe Qabrielyan da istisna deyil.

O, Lenta.ru saytına müsahibəsində deyib ki, Rusiyanın Azərbaycana silah satması "dostluğa yaraşmır". Cənab baş nazir müavininə tarixi oxumaq faydalı olardı. Onda öyrənərdi ki, metropoliyanın koloniyaları ilə dost olması tarixə yad haldır. Ermənistan da bu məsələdə istisna deyil.

Qabrielyanın sözlərinə diqqət yetirək: "Aydındır ki, Bakı onsuz da silah-sursat alacaqdı - Rusiyadan olmasa da, başqa bir ölkədən. Digər tərəfdən, Moskva bizimlə Azərbaycana hansı silahları satacağı, hansıları satmayacağı barədə məsləhətləşsəydi, Ermənistan ictimaiyyəti bu faktı daha sakit qarşılayardı".

Prinsipcə, Rusiya və Azərbaycanın qarşılıqlı münasibətləri iqtisadi baxımdan çox cəlbedicidir. Bu gün Rusiya Azərbaycan qazı alır və Bakıya pul ödəyir. Həmçinin Rusiya ərazisindən neft ixracı gerçəkləşir ki, bu da Azərbaycana böyük gəlir gətirir. Eləcə də, Azərbaycandan Rusiyanın az qala bütün bölgələrinə kənd təsərrüfatı məhsulları ixrac olunur və bu ixracat ölkəmizə gəlir gətirir. Təbii ki, digər ölkələrlə münasibətlərdən və müxtəlif sahələrdən əldə olunan gəlirlər Azərbaycana yeni silahlar almağa imkan verir.

Burada sual yaranır. Bəlkə Ermənistan istəyir ki, Rusiya Azərbaycanla olan bütün sövdələşmələrinə görə rəsmi İrəvanla məsləhətləşmələr aparsın?

Azərbaycana tənqidlər ənənəsi ilə Qabrielyan qeyd edir ki, "Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirmək üçün Ermənistanın heç bir strateji, iqtisadi və siyasi səbəbi yoxdur". Əslində, "səbəb" sözü "imkan"la əvəz olunsa, bu cümlə daha düzgün, daha dolğun səslənər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti