...

Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək

Siyasət Materials 5 Aprel 2015 16:20 (UTC +04:00)
Əczaçılıq sahəsi Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın perspektiv istiqamətlərindən biridir.
Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Əczaçılıq sahəsi Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın perspektiv istiqamətlərindən biridir. Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev deyib.

O, qeyd edib ki, Rusiya həm dərman preparatlarının, həm də tibbi avadanlıqlar və texnikanın istehsalında yaxşı potensiyala malikdir: "Hazırda Azərbaycanda tibbi xidmətlər göstərən, dərman preparatları və tibbi avadanlıqların gətirilməsi ilə məşğul olan bir sıra Rusiya şirkətləri fəaliyyət göstərir".

E.Tlyabiçevin sözlərinə görə, 2015-ci ilin mayında Bakıya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun səfəri gözlənilir: "Bu səfər zamanı Bakıda əczaçılıq sənayesi üzrə forum-sərgi keçiriləcək. Həmçinin Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında sazişin imzalanması gözlənilir. Denis Manturovun səfərinə hazırlıq məqsədilə gələn həftə Bakıya onun müavini Sergey Tsıb gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti