...

Əfqanıstan rəsmiləri Bakıya gəlir

Siyasət Materials 7 Aprel 2015 16:33 (UTC +04:00)
Aprelin 8-10-da Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Saba və Əfqanıstan Prezidentinin MDB dövlətləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqarın Bakıya səfəri gözlənilir.
Əfqanıstan rəsmiləri Bakıya gəlir

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Aprelin 8-10-da Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Saba və Əfqanıstan Prezidentinin MDB dövlətləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqarın Bakıya səfəri gözlənilir. Bu barədə Trend-ə Əfqanıstanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfərin Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutacağı qeyd olunur.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, həmçinin Əfqanıstanın rəsmi şəxsləri Azərbaycanın rəhbərliyi ilə görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti