Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycan və Əfqanıstan arasında ikitərəfli əlaqələr ildən-ilə inkişaf edir və yaxşılaşır. Əfqanıstan əməkdaşlığı möhkəmləndirmək və bundan sonra da bu istiqamətdə konkret addımlar atmaq niyyətindədir.
Bunu Trend-ə Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqar deyib.
Onun sözlərinə görə, mayda Əfqanıstanın müxtəlif səviyyəli nümayəndələrinin Azərbaycana bir sıra səfərləri gözlənilir.
Aprelin 8-10-da Bakıda səfərdə olan M.Ş.Karqar Azərbaycan hökuməti ilə iki ölkə əməkdaşlığının perspektivlərini müzakirə edir.