...

Sərdar Cəlaloğlu: Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi aktuallığını itirib

Siyasət Materials 10 Aprel 2015 12:19 (UTC +04:00)
“Müsavat Partiyası ilə bizim partiyanın parlament seçkilərində əməkdaşlıq məsələsi artıq öz aktuallığını itirib”. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu: Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi aktuallığını itirib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyası ilə bizim partiyanın parlament seçkilərində əməkdaşlıq məsələsi artıq öz aktuallığını itirib". Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, Müsavat Partiyasının mövqeyindən birmənalı şəkildə məlum olur ki, onlar hansısa bir xətt tutub getmək istəyirlər: "Bizim özümüzün bu məsələ ilə bağlı təşəbbüsümüz olmayacaq, çünki bəzən biz millət, dövlət xatirinə, demokratitya naminə müəyyən bir aktivlik nümayiş etdirəndə, bu, əks tərəfdən yalnış başa düşülür. Belə bir təsəvvür yaranır ki, ya bizim ehtiyacımız var, ya da xüsusi bir marağımız var. Bu da əksinə bizim missiyamıza kölgə salır. Ona görə də, mən heç bir addım atmayacağam".

ADP sədrinin sözlərinə görə, əgər Müsavat Partityası özü də dərk edərsə ki, müxalifətin bir yerdə olması və uyğun qüvvələrin seçkilərdə bir yerdə iştirak etməsi milli maraqlara, dövlət maraqlarına, demokratiyaya uyğundur, təbii onda bu məsələ dərərləndirilə bilər: "Amma yenə təkrar edirəm, bizim tərəfimizdən artıq təşəbbüslər dayandırılıb, çünki davam etdirilməsi mənasızdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti