Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
Fövqəladə Hallar Nazirliyində (FHN) Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Trend FHN-in saytına istinadən xəbər verir ki, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri R.Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimiyyətlə salamlayan K.Heydərov ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verib.
Görüş zamanı qarşı tərəf Tatarıstanda müvafiq sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyəti barədə geniş məlumat verib.
Sonra fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.