...

BMT-nin Alt Komitəsi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək

Siyasət Materials 14 Aprel 2015 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

İşgəncələrin Qarşısının Alınması Üzrə BMT-nin Alt Komitəsinin (AK) nümayəndə heyəti aprelin 16-24-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə BMT-nin Baki ofisindən bildirilib.

Dörd nəfərlik heyətə rəhbərlik edən Ayşə Şujun Muhamməd qeyd edib ki, ölkədə fəaliyyət göstərən istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün imkanın yaradılacağına dair Azərbaycan hökumətindən zəmanət alınıb. Doqquz günlük missiya zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərini ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycan rəsmiləri, digər maraqlı tərəflərlə görüşlərdən sonra nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti