...

Erməni hakerlər "soyqırım"la bağlı Azərbaycanın və Türkiyənin internet resurslarına hücuma hazırlaşırlar

Siyasət Materials 22 Aprel 2015 18:10 (UTC +04:00)
Erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub.
Erməni hakerlər "soyqırım"la bağlı Azərbaycanın və Türkiyənin internet resurslarına hücuma hazırlaşırlar

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar. Bunu Trend-ə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.

Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə həsr olunacaq.

CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: "Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq".

Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti