...

Siyasi partiyaların maliyyə hesabatlarının təqdimatı ilə bağlı təlimatlar təsdiq edildi

Siyasət Materials 15 May 2015 16:40 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların maliyyə hesabatları ilə bağlı yeni təlimatları təsdiq edib.
Siyasi partiyaların maliyyə hesabatlarının təqdimatı ilə bağlı təlimatlar təsdiq edildi

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların maliyyə hesabatları ilə bağlı yeni təlimatları təsdiq edib.

Trend-in məlumatlna görə, MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, təlimatların əsas məqsədi Seçki Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar Komissiya ilə siyasi partiyalar arasında münasibətlərin tənzimlənməsidir.

O, qeyd edib ki, təlimatlarda siyasi partiyalar tərəfindən maliyyə hesabatlarının hansı forma və qaydada təqdim edilməsi göstərilir: "Siyasi partiyaların maliyyə hesabatlarının təlimatlara uyğun olub-olmamasını MSK tərkibində yeni yaradılmış sektor araşdırır: "Dövlət qeydiyyatından keçmiş hər bir siyasi partiya mütləq qaydada maliyyə hesabatı təqdim etməlidir".

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti