...

Mübariz Əhmədoğlu: Blefin ən böyük istehsalçısı və fanatı Serj Sərkisyan yeni ziddiyyət kələfi yaratdı

Siyasət Materials 19 May 2015 14:30 (UTC +04:00)
Blefin ən böyük istehsalçısı və fanatı Serj Sərkisyan yeni ziddiyyət kələfi yaratdı.
Mübariz Əhmədoğlu: Blefin ən böyük istehsalçısı və fanatı Serj Sərkisyan yeni ziddiyyət kələfi yaratdı

Azərbaycan, Bakı, 19 may /Trend/

Blefin ən böyük istehsalçısı və fanatı Serj Sərkisyan yeni ziddiyyət kələfi yaratdı. "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımaq danışıqlar prosesindən imtina etmək deməkdir. Danışıqlar prosesindən imtina isə hərbi əməliyyatların başlanması deməkdir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, bu prizmadan biz digər qurumların - Abxaziya və Cənubi Osetiyanın da müstəqilliyini tanıya bilmirik: "O qurumların müstəqilliyini tanısaq, Dağlıq Qarabağın müstəqilliyini tanımasaq, bunu Dağlıq Qarabağa izah etmək çox çətindir. Ermənistan prezidenti Serj Sərkisyan rusiyalı aparıcı Poznerə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanın "Dağlıq Qarabağ Ermənistana birləşmək arzusu ilə yaşayır" - tezisinin təməl bazasıdır".

M.Əhmədoğlu bildirib ki, qondarma qurumun de-fakto rəhbəri B.Saakyan "erməni soyqırımı"nın 100 illiyi tədbirləri zamanı Yerevana buraxılmaması da S.Sərkisyanın yeni ziddiyyət kələfinə uyğundur: "Blef və yalanın ən böyük istehsalçısı və fanatı olan S.Sərkisyan üçün belə məsələlərdə hər şey adidir. Ermənistan mətbuatının yazdığına görə, V.Putin B.Saakyanın Yerevana gəlməsinə qadağa qoyub. F.Ollandın da bu qadağa ilə razılaşdığını bildirirlər. S.Sərkisyanın diqqətçəkən açıqlaması təkcə bu deyil. O, Kazan görüşünədək olan əhval-ruhiyyəni tənzimləmədə bərpa etmək istəyir. Həmsədr ölkə prezidentlərinin 5 bəyanatını və Madrid Prinsiplərini əsas götürməklə tənzimləməyə tərəfdar olmaq bu deməkdir. Həmsədr ölkə prezidentlərinin 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərindən başlayan bəyanatları Yenilənmiş Madrid Prinsipləridir. Yenilənmiş Madrid Prinsiplərinin ilk maddəsi Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması deməkdir. Ermənistan isə məhz buna görə Yenilənmiş Madrid Prinsiplərini qəbul etmir; eyni zamanda sözügedən prinsipləri qəbul etmədiyini deyə də bilmir. Ona görə yalnız dar dairəyə məlum olan fikir işlədir. Yenilənmiş Madrid Prinsipləri ilə Madrid Prinsipləri arasında ortaq məxrəc tapılmalıdır. S.Sərkisyanın dediyinin mahiyyətini yalnız həmsədrlər başa düşür. Həmsədrlərin ermənipərəstliyi isə aydın məsələdir. Onlar S.Sərkisyanın yalanını üzə çıxarmayacaqlar, hətta bəlkə belə təkliflər həmsədrlərlə birlikdə işlənib hazırlanır".

Mərkəz rəhbəri sonra qeyd edib ki, S.Sərkisyan Rusiyanın Azərbaycana silah satmasının balansı pozmasından narazılığını bildirdi: "Bu müsahibədə S.Sərkisyan özünü Rusiyanın ən yaxın adamı kimi təqdim etdi. Belə alındı ki, SSRİ-ni dağıdan, həmişə Qərbə qaçmağa hazır olan ermənilər deyil. Eləcə də o, Rusiya hərbçilərinə mətbuat vasitəsilə mesaj verdi. S.Sərkisyan Rusiyanın Azərbaycana silah satmasının Ermənistan əsgərinə psixoloji təsir göstərdiyini də bildirdi. Özünəməxsus şəkildə təhlükəsizlik zonasının yaradılması ilə bağlı əvvəlki fikirlərini təqdim etdi. Azərbaycanın Dağlıq Qarabağ tənzimlənməsində formatı dəyişməyə çalışdığının da izahı özünəməxsus idi: 27 il ərzində tənzimlənə bilməyən münaqişədə formatın dəyişilməsinə çalışmaq təbiidir. İndi S.Sərkisyanın ziddiyyətli mövqeyi Ermənistanın özündə də onun əleyhinə istifadə olunur. Əsgər anaları 100 il bundan qabaq baş vermiş "erməni soyqırımı"nı açıq yara hesab edən S.Sərkisyana əsgərlərin günahsız öldürülməsini də açıq yara olduğunu bildirdilər.
Qarabağ klanı üçün Dağlıq Qarabağ məsələsinin və "erməni soyqırımı" mövzusundan prioritet olmasını R.Koçaryanın davranışı da sübut edir. Eks-prezident R.Koçaryan xaricdə cərrahi əməliyyat olunmaq adı ilə "erməni soyqrımı"nın 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmədi. Amma cəmi bir neçə gün sonra "ağır cərrahi əməliyyatdan reabilitasiya olunmuş" R.Koçaryan Dağlıq Qarabağda keçirilən tədbirlərdə iştirak etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti