...

Qazaxıstan səfiri Azərbaycan xalqına başsağlığı verdi

Siyasət Materials 20 May 2015 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Yelena Kosolapova/

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: "Biz yanğında həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşürük. Bu günlərdə bütün Qazaxıstan xalqı düşüncələrində qardaşlarının yanındadır. Yanğında xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".

Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti