...

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Siyasət Materials 27 May 2015 18:01 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Küveytdə 27-28 may tarixlərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Səba Ağayeva/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Küveytdə 27-28 may tarixlərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulandı.

2015-ci ilin 29 yanvar tarixində Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olundu.

Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti