...

Azərbaycan və Belarus dövlətlərarası dialoqun genişləndirilməsini müzakirə ediblər

Siyasət Materials 23 İyun 2015 15:35 (UTC +04:00)
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçin Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə dövlətlərarası dialoqun genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Belarus dövlətlərarası dialoqun genişləndirilməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçin Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə dövlətlərarası dialoqun genişləndirilməsi imkanları müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə BELTA agentliyi Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

XİN-dən bildiriblər: "Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməklə dövlətlərarası dialoqun intensivləşdirilməsinə xüsusi diqqət yetiriblər. Belarus səfiri Azərbaycanın I Avropa Oyunlarındakı təşkilatçılıq səviyyəsini və Belarus idmançılarının yüksək nəticələr əldə etməsi üçün onlara kömək edən komandanın üzvlərinə yaradılmış rahat şəraiti xüsusilə qeyd edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti