...

Azərbaycanlı deputatdan AŞ-nin baş katibinə müraciət: "...heç bir şey etməmisiniz"

Siyasət Materials 23 İyun 2015 19:28 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının ikinci iş günündə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Assambleya üzvlərinin suallarına cavab verib.
Azərbaycanlı deputatdan AŞ-nin baş katibinə müraciət: "...heç bir şey etməmisiniz"

Fransa, Strasburq, 23 iyun /Trend, müxbir Anar Əliyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının ikinci iş günündə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Assambleya üzvlərinin suallarına cavab verib.

Trend-in məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov baş katibə sualında onu azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsinə daha çox diqqət yönəltməyə çağırıb.

R.Hüseynov deyib: "Cənab baş katib, siz Azərbaycanda bəzi insanlarla maraqlanırsınız. Yaxşı olardı kı, siz bütün azərbaycanlılarla maraqlanardınız. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. 20 ildən artıqdir ki, onlar öz yurdlarına qayıda bilmirlər. Malik olduğunuz səlahiyyətlərə baxmayaraq, heç bir şey etməmisiniz. Siz bir dəfə də olsun, təsirli bəyanatla çıxış etməmisiniz. Sizin insan haqlarının qorunması sahəsindəki fəaliyyətiniz səmimidirmi?"

T.Yaqland qeyd edib ki, bu məsələ çox həssas və çətindir: "Siz bu məsələlərin nə qədər çətin və həssas olduğunu bilirsiniz. Azərbaycandakı vəziyyət (münaqişənin həlli prosesini nəzərdə tutur - red.) ATƏT-in Minsk qrupunun fəaliyyət imkanlarından asılıdır. Avropa Şurasına bununla bağlı müraciət olunmayıb. Biz davam edən danışıqlar prosesinə müdaxilə edə bilmərik. Düzdür ki, indiyə qədər nəticələr əldə olunmayıb. Bu isə vəziyyətin mürəkkəbliyi ilə bağlıdır. Və bunu siz məndən daha yaxşı bilirsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti