...

Səfirlik: Deputatın fikirləri Ukraynanın rəsmi mövqeyini əks etdirmir

Siyasət Materials 26 İyun 2015 18:17 (UTC +04:00)
Ukrayna deputatı Vladimir Aryevin Azərbaycanla bağlı dedikləri onun şəxsi fikridir və Ukraynanın rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur.
Səfirlik: Deputatın fikirləri Ukraynanın rəsmi mövqeyini əks etdirmir

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Ukrayna deputatı Vladimir Aryevin Azərbaycanla bağlı dedikləri onun şəxsi fikridir və Ukraynanın rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur. Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Səfirlik bəyan edir ki, rəsmi Kiyev ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlığın fəallaşdırılması kursunu dəstəkləyir: "Ukrayna tərəfi ölkənin suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Həmçinin, rəsmi Kiyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında tezliklə həlli istiqamətində çıxış edir".

Qeyd edək ki, Ali Radanın deputatı V.Aryev sosial şəbəkələrdə antiazərbaycan fikirlərlə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti