...

Azərbaycan XİN Tunisdə, Misirdə və Küveytdə baş vermiş terror aktlarını pisləyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyun 2015 14:51 (UTC +04:00)
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir.
Azərbaycan XİN Tunisdə, Misirdə və Küveytdə baş vermiş terror aktlarını pisləyib (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:50-də yayılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, XİN bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir".

Xarici İşlər Nazirliyi, həmçinin 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyib, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verib və yaralananların tezliklə şəfa tapmasını arzu edib: "Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir".

XİN eyni zamanda 26 iyun tarixində Tunisdə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edir.

Qeyd edək ki, iyunun 29-da Misirin paytaxtı Qahirədə Hərbi Akademiyanın yaxınlığında Misirin baş prokuroru Hişam Bərəkat hücum nəticəsində yaralanıb. O, aparıldığı xəstəxanada ölüb.

Xatırladaq ki, Küveytdə məsciddə törədilmiş terror aktı zamanı onlarla insan həyatını itirib. Tunisdə isə terror aktı zamanı 40-a yaxın insan ölmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti